Vaxt.Az

Məmnun olmayan, sevinə bilməyən gənclik...


 

Duyğusuz gələcəyi biz travmalı nəsil yetişdirmişik

Məmnun olmayan, sevinə bilməyən gənclik... Yaponiya sosial həyatı haqqında maraqlı bir sənədli film var. İkinci dünya müharibəsi sonrasında məğlub Yaponiya imperiyası xalqı birlik olub ölkənin inkişafı üçün fədakarlıqlar edirlər, iki nəsil ölkəsi üçün çalışır.

80 və 90-lar nəsli uşaqlıq travmalarının, atalarının məğlubiyyət əzikliyini öz övladlarına yaşatmamaq üçün hər şeylərini övladlarına fəda edirlər. Yoxdur sözünü eşitməyən bir nəsil yetişir. Rahat ölkə, sosial rifah, qayğılarına qalan böyüklər, problemsiz həyat... Nəticədə 2000-lərin başlarında intihar halları sürətlə artır. Sevinə bilməyən nəsil üçün həyat eşqi sönür. Cənubi Koreya da bunu yaşayır.

Biz də travmalı nəsilik. Ona görə də son illərdə uşaq mərkəzli ailələr olmuşuq. Tətili, gəzintini, istirahəti, hətta televizorda izləyəcəyimiz kanalı uşaqların istəyinə görə seçirik. Alış-verişdə ilk uşaqları düşünürük. Yoxdur deməyi unutmuşuq, amandır, travmalı olar, üzülər deyə nə istəsələr alınır. Evin Allahı uşaqlar olub. Beləcə, heç nəyə sevinməyən, duyğusuz, məmnuniyyətsiz nəsil gəlir. İstisnalar var əlbəttə, amma böyük əksəriyyət evlərdə dediyim durum yaşanır. İnanmırsızsa, getdiyiniz evlərdə tv-yə baxın, anaların telefonlarlnda ən çox izlənən kanallara baxın...

Ona görə aqressivlik, mərhəmətsizlik artıb. Ölüm, yaralama adiləşib, duyğusuz gələcəyi biz travmalı nəsil yetişdirmişik.

 





27.11.2022    çap et  çap et