Vaxt.Az

Adı qalaya verilən sərkərdə


 

Milli qəhrəman Kazım Xan Quşçu kimdi?

Adı qalaya verilən sərkərdə Bu gün 100 il bundan qabaq fars, erməni və kürd terrorçularına və Rza şah Pəhləviyə qarşı mübariz aparmış və milyonlarla azərbaycanlını yer üzündən silinmə təhlükəsindən qurtaran Kazım Xan Quşçunun anım günüdür.

Rza şah Kazım xandan qalanı boşaltmasını tələb edir, toqquşma yaranır. İlk münaqişədən sonra Kazım xan öz düzəltdiyi əl qumbarasının partlaması nəticəsində qalada həlak olur.

Türk sərkərdəsi Kazım xan, şücaət simvoluna çevrilmiş bu müdafiə qalasında dəfn edilir, daha sonra onun məzarı yaxınları tərəfindən qonşuluqdakı Göyərçin Qala kəndinə aparılır və orda basdırılır.

Xalq onu müdafiə edib sinəsini düşmənə sipər edən qəhrəmanın adını Qırxlar qalasına həkk edir. Bir əsrə yaxındır ki, bu qala fəxarətlə Kazım xan Daşı adını daşıyır. Xalqın dilində, onun adı ilə bağlı rəvayətlər və əfsanələr yaşayır, dastan olub dildən dilə, eldən elə gəzir.

 





27.11.2022    çap et  çap et