Vaxt.Az

Jurnalist prokurorluğa çağırılıb


 

Yunanıstanda dinləmə qalmaqalı böyüyür

Jurnalist prokurorluğa çağırılıb Yunanıstanda “Predator” casus proqramı ilə telefonları dinlədiyi iddia edilən yeni adlar açıqlanıb. Yunanıstan Kəşfiyyat Xidmətinin (EYP) mühüm şəxslərin mobil telefonlarına “Predator” adlı casus proqram yerləşdirilməsi və qeyri-qanuni şəkildə dinlənilməsi ilə bağlı iddialara yeni adlar əlavə edilib. Yunanıstanda telefon dinləmə qalmaqalını ifşa edən “Documento” qəzetinin dərc etdiyi yeni siyahıda keçmiş polis rəisi Mihalis Karamalakis, təhsil və dini işlər naziri Niki Kerameus, hökumət sözçüsü Yannis İkonomu və Yunanıstan Kəşfiyyat İdarəsinin prokuroru Vasiliki Vlahu, Naziri Niki Kerameos və hökumət sözçüsü Yannis İkonomunun adları yer alıb.

Əvvəlki iki siyahıda Yunanıstanın CNN telekanalının iqtisadi müxbiri Thanasis Koukakis, Panhellenik Sosialist Hərəkat Partiyasının (PASOK) lideri Nikos Androulakis, keçmiş baş naziri Andonis Samaras, xarici işlər naziri Nikos Dendias, inkişaf və investisiya naziri Andonis Yeorgiadis, keçmiş səhiyyə naziri Vasilis Kikilias, Sosial müdafiə nazirləri Mihalis Hrisohoidis və Olqa Yerovasili, “Kathimerini” qəzetinin baş redaktoru Aleksis Papahelas, müdafiə nazirinin müavini Nikos Hardalias, maliyyə naziri Kristos Staykuras, əmək naziri Kostis Hacidakis, bəzi yerli inzibati vahidlərin rəhbərləri və mühüm iş adamların adları var.

“Documento” qəzetində çıxan xəbərdən sonra məqalənin müəllifi Afina Ali Məhkəməsinə çağırılıb. Bildirilir ki, Ali Məhkəmə prokuroru İsidoros Dogiakos iddialarla bağlı ilkin cinayət araşdırması aparmaq üçün jurnalist Kostas Vaxevanisi ifadə verməyə çağırıb.

Digər tərəfdən, dinləmə qalmaqalı başlayandan sonra EYP prezidenti Panagiotis Kontoleon istefa ərizəsini avqustun 5-də baş nazir Kiryakos Mitsotakisə təqdim edib. Kontoleonun istefasından dərhal sonra Baş nazirliyin baş katibi, həmçinin baş nazir Mitsotakisin qardaşı oğlu Qriqoris Dimitriadis də istefa verib.


 





28.11.2022    çap et  çap et