Vaxt.Az

“İşıqsız, istiliksiz ...”


 

“Rusiya Ukraynanı qara dəliyə çevirmək istəyir”

“İşıqsız, istiliksiz ...” “Rusiya Ukraynanı qaranlığa və soyuğa itələyərək onu “qara dəliyə” çevirməyə çalışır”, – bu fikir Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosef Borrellə aiddir. Borrell Aİ ölkələrinin inkişaf nazirlərinin toplantısına qatılmadan əvvəl jurnalistlərə açıqlamasında belə deyib.

İclasda Ukraynanın yenidən qurulmasının müzakirə ediləcəyini bildirən Borrell, “Ukraynaya dəstəyimizi artırmalıyıq. Putin Ukraynanı bombalamağa davam edir. Putin Ukraynanı işıqsız, istiliksiz qara dəliyə çevirməyə, ukraynalıları qaranlığa və soyuğa salmağa çalışır”. ifadəsini işlətdi.

Aİ nümayəndəsi qeyd edib ki, görüşdə Ukraynadakı vəziyyət humanitar böhran baxımından müzakirə olunacaq.

 





28.11.2022    çap et  çap et