Vaxt.Az

Nüvə danışıqları təxirə salındı


 

Rusiya ABŞ-ı günahlandırır

Nüvə danışıqları təxirə salındı Rusiya ilə ABŞ arasında nüvə silahlarına nəzarətlə bağlı sabah başlayacaq görüşün qeyri-müəyyən vaxta təxirə salındığı bildirilir.

ABŞ-ın Moskvadakı səfirliyi və Rusiya Xarici İşlər Nazirliyinin mənbələrinə əsaslanan Rusiyanın “Kommersant” qəzetinin xəbərinə görə, Strateji Silahların Azaldılmasına dair Yeni Saziş çərçivəsində nüvə silahlarının təftişinə dair ikitərəfli məsləhətləşmələr. 29 noyabr-6 dekabr tarixlərində Misirin paytaxtı Qahirədə keçirilməsi planlaşdırılan START Komissiyanın iclası Rusiyanın tələbi ilə ləğv edilib. Görüşün qeyri-müəyyən vaxta təxirə salındığı bildirilib.

Rusiya Xarici İşlər Nazirliyi görüşün təxirə salınmasının səbəbi ilə bağlı açıqlama verməyib.

Qahirədə keçirilən görüşdə nüvə silahının yerində təftişinin davam etdirilməsi və ikitərəfli razılaşmalar çərçivəsində Rusiya ilə ABŞ arasında təhlükəsizlik sahəsində qarşılıqlı ittihamların müzakirəsi gözlənilirdi.

Müvafiq komissiya sonuncu dəfə 2021-ci ilin oktyabrında toplaşıb və Rusiya avqust ayında ABŞ-ın təftişlərə icazə vermədiyini əsas gətirərək, amerikalı müfəttişlərin Rusiya nüvə silahlarını yoxlamaq işini dayandırdığını açıqlayıb.

2010-cu ildə imzalanmış Yeni START sazişi iki ölkənin yerləşdirdiyi strateji nüvə başlıqlarını maksimum 1550-yə qədər məhdudlaşdırırdı.

Razılaşma həmçinin buraxılış meydançalarının və ağır bombardmançıların sayını 800-ə qədər məhdudlaşdırıb.

2021-ci ilin yanvarında ABŞ prezidenti Co Bayden vəzifəyə gəldikdən qısa müddət sonra iki ölkə müqaviləni 2026-cı ilə qədər uzadıb.

 





29.11.2022    çap et  çap et