Vaxt.Az

Bakıda «Avro-4» benzini


 

Aİ-98 markalı yanacaq 47 qəpik ucuzlaşıb

Bakıda «Avro-4» benzini Ötən gün Azərbaycanda benzinin qiymətinin qalxması haqda xəbər yayılıb. ANS PRESS bu xəbərin nə dərəcədə həqiqətə uyğun olub-olmamasını müəyyənləşdirib.

Yanacaq doldurma məntəqələrindən verilən məlumata görə, Aİ-98 markalı benzinin qiyməti aşağı düşüb. 

Qeyd edilib ki, Aİ-98 markalı benzinin satış qiyməti 1,5 manatdan 1,03 manatadək ucuzlaşıb.

YDM-dən həmçinin söyləyiblər ki, ölkədə yeni 95-Premium markalı benzinin satışı həyata keçirilir. Bu gündən satışa çıxarılan bu marka benzinin qiyməti isə 1 litr üçün 0.93 qəpik həcmində müəyyən olunub. Yeni növ benzinin «Avro-4» standartlara uyğun olduğu qeyd edilir.

Digər Aİ-92 və Dizel markalı yanacaqların qiymətində isə dəyişiklik yoxdur.

Xatırladaq ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2 dekabr 2013-cü il tarixində keçirilmiş iclasında Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilmiş, bəzi neft məhsullarının yeni topdansatış qiymətləri təsdiq olunub.

 





02.04.2014    çap et  çap et