Vaxt.Az

Tokayevə iki təklif


 

Üçlü ittifaq Putinin nəyinə lazımdır?

Tokayevə iki təklif Rusiya prezidenti Vladimir Putin noyabrın 27-də Kremldə Qazaxıstan prezidenti Qasım-Comərd Tokayevi qəbul zamanı ona iki təklif irəli sürüb. Putin birincisi təklif edib ki, Qazaxıstan və Özbəkistan qaz sahəsində Rusiya əməkdaşlıq etsin. Kreml sahibinin ikinci təklifi daha dərin olub: “Rusiya-Qazaxıstan-Özbəkistan ittifaqı yaradılsın”.

Mavi yanacaqla bağlı təklifi anladıq, Avropanın sanksiyaları qarşısında Rusiya yeni bazarlara çıxmağa çalışır və Mərkəzi Asiyanın tranzit imkanlarından istifadə etmək istəyir. Bəs üçlü ittifaq Putinin nəyinə lazımdır? Rusiya Qazaxıstanla birgə Avrasiya İqtisadi Birliyinin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Şanxay Əməkdaşlıq Təşkilatının üzvüdürlər. Göründüyü kimi, Putinə bu azdır,  daha birinə ehtiyac duyur və Qazaxıstanın köməyi ilə Özbəkistanı da prosesə cəlb etmək istəyir. Putinin yeni təklifləri Türk Dövlətləri Təşkilatının planlarını əngəlləmək məqsədi də daşıyır.

 





29.11.2022    çap et  çap et