Vaxt.Az

Digital Çempionat – 2022


 

Ağıllı toplardan ilk dəfə Qətərdə istifadə edilir

Digital Çempionat – 2022 Rəqəmsal texnologiyaların tətbiqinə görə Qətər-2022 futbol çempionatı rekordlara imza atıb.

Ən maraqlısı ADİDAS firmasının istehsal etdiyi ağıllı toplardan istifadə edilməsidir. Belə ki, topların içərisinə İMU məlumat ötürücüsünün yerləşdirilməsidir. Bu mikroçiplər saniyədə 500 dəfə sürətlə topun harada yerləşməsi, ona zərbələrin endirilməsi, toxunulması kimi məlumatları mərkəzi idarəetmə sisteminə ötürmək qabiliyyətindədir.

Oyun ərzində süni intellekt topun nə zaman harada olması, hansı trayektoriyalar üzrə yerdəyişməsi və hansı sürətlə hərəkətini qeydə alır.

Ona görə də futbolçuların yıxılaraq qaydanın pozulmasını imitasiya etməsi, penalti və oyundankənar məsələlərə görə hakimlərin subyektiv qərar vermək şansları az qala “yoxa çıxıb”.

Bundan əlavə yeni rəqəmsal texnologiyalarla nəinki meydanda olan bütün futbolçular və hakimlər, həmçinin məşqçilər və ehtiyat oyunçular da on-line rejimində ayrı-ayrılıqda (təsəvvür edin hər bir oyunçu üzrə individual rəqəmsal məlumat toplanır – neçə metr qaçıb, neçə pas atıb, neçə dəqiqə hərəkətsiz olub, topa zərbələri hansı sürətlə həyata keçirib və hətta neçə dəfə meydançada tüpürüb - amma bu məlumatlar da pulsuz deyil - DATA meqa biznesdir) çəkiliş altında olur. 

Əgər hansısa mübahisəli məsələ ilə bağlı qərar vermək lazım gələrsə, onda SÜNİ İNTELLEKT köməyə gəlir. 

Bu texnoloji yenilikdən istifadə etmək nəticəsində süni intellekt Portuqaliya-Uruqvay oyunu zamanı ulduz futbolçu Ronaldonun başı ilə top arasında əlaqəni qeydə almayıb və nəticədə FİFA qolu zərbə endirən futbolçunun adına rəsmiləşdirib.

Qətər-2022 həmçinin dünya idman çempionatları tarixində tətbiq edilmiş təhlükəsizlik kameralarının sayı və idarə edilməsi texnologiyaları ilə ilk edib: ümumilikdə 15 mindən çox kamera on-line izləmə mərkəzi ilə birləşdirilib. Ağıllı kameralar azarkeşləri, onların davranışlarını qeydə alır və süni intellekt hansısa ştatdankənar vəziyyətlə bağlı o saat o ərazidə olan təhlükəsizlik qüvvələrini məlumatlandırır. Həmçinin kameraların xeyli hissəsi “üzdən tanıma” qabiliyyətinə malikdir - 1 saniyəyə 200 sifəti təhlil edib onların qlobal bazada olan məlumatlar əsasında kimliyi, ölkəyə haradan gəlməsi, harada qalması və sair məlumatları ortaya çıxara bilir.

 





29.11.2022    çap et  çap et