Vaxt.Az

Səsvermə başladı ...


 

“TİME” “İlin adamı” nominantlarını açıqlayıb

Səsvermə başladı ... “TİME” jurnalı bazar günü 1927-ci ildən bəri hər il təşkil etdiyi “İlin adamı” mükafatı üçün oxucu səsverməsinə başlandığını elan edib.

ABŞ-da yerləşən jurnal 60 nəfərin yarışdığı siyahıda qalibin fotosunu üz qabığında verir. Digər tərəfdən, oxucu səsinin faktiki seçkiyə heç bir təsiri yoxdur. Son qərarı TIME redaktorları verir.

Siyahıda 2021-ci ildə “İlin adamı” seçilən İlon Mask, həmçinin Ukrayna prezidenti Vladimir Zelenski və Böyük Britaniyanın baş naziri Rişi Sunak da var.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp, məşhur müğənni Beyons, “Amazon”un qurucusu Ceff Bezos, iqlim fəalı Qreta Tunberq, “YouTuber” MrBeast, Hollivud ulduzu Tom Kruz və K-pop qrupu BTS də siyahıda rəqabət aparır.

İranda qadın fəallar səsvermədə birinci yeri tuturlar. Fəalları BTS və Zelenski izləyir.

Jurnal keçən ilin qalibi “Tesla” və “SpaceX” CEO-su haqqında, “Mask bir ömür boyu ona nifrət edənlərə meydan oxuyub və indi görünən odur ki, o, nəhayət uğurunu sübut edib. 2021 İlon Maskın ili olub”. Bəyanatda aşağıdakı ifadələr də yer alıb:

Diqqətli və boyun əyməyən, dünyanı daha yaxşı bir yerə çevirməyə çalışsa da, Marsı xəyal edir. O, planetimizi xilas etməyi və bizə yaşamaq üçün yeni bir planet tapmağı qarşısına məqsəd qoyan bir insandır... Mask bir ömür boyu ona nifrət edənlərə meydan oxuyub və indi deyəsən, nəhayət ki, öz dəyərini sübut edib. 2021-ci il İlon Maskın ili oldu.

Nəticədə qalibi “TİME” redaktorları seçsə də, istəyənlər buraya klikləməklə “İlin adamı”na səs verə bilər.

 





30.11.2022    çap et  çap et