Vaxt.Az

Qarabağda iki universitet


 

1 yerli və 1 xarici təhsil ocaqlarının filialları açılacaq

Qarabağda iki universitet 44 günlük müharibədən sonra müxtəlif səviyyələrdə Qarabağın işğaldan azad olunmuş ərazilərində Qarabağ Universitetinin və Elmlər Akademiyasının Qarabağ bölməsinin yaradılması ilə bağlı təkliflər səsləndirilib. Verilən təklifləri tam əhatə etməsə də, Qarabağda 2026-cı ilədək oxşar fəaliyyətlərin icrası planlaşdırılır.

Nəzərdə tutulur ki, Qarabağda 1 yerli və 1 xarici universitetin filialları yaradılsın. Hər iki filialın 2026-cı ildə fəaliyyətə başlaması gözlənilir. Hələlik filialları yaradılacaq universitetlərin adları açıqlanmır. Hər şey Elm və Təhsil Nazirliyinin təkliflərindən və hökumətin seçimindən asılıdır.

Qarabağda regional tibbi təhsil müəssisəsinin açılması da gözlənilir. Hələ ki, təhsil müəssisəsinin ali, yoxsa orta ixtisas təhsili müəssisəsi olacağı bilinmir. Bu, Səhiyyə Nazirliyinin verəcəyi təkliflərdən sonra məlum olacaq.

Qeyd olunan təhsil ocaqlarından əlavə, Qarabağda 8 peşə məktəbinin və 1 texnikumun (orta ixtisas təhsili müəssisəsi) açılması da planlaşdırılır.

Bütün təhsil müəssisələrinin 2026-cı ildə fəaliyyətə başlaması gözlənilir.

 





30.11.2022    çap et  çap et