Vaxt.Az

Qadın direktorların sayı açıqlandı


 

Ölkədəki müəllimlərin 76 faizdən çoxu zəif cinsin nümayəndələridir

Qadın direktorların sayı açıqlandı Təhsil Nazirliyi Azərbaycanda fəaliyyət göstərən qadın məktəb direktorlarının rəsmi sayını açıqlayıb.

Bu barədə məlumat Nazirlikdən bildirilib.

Qeyd edilib ki, hazırda ölkə üzrə qadın məktəb direktorlarının sayı 1169 nəfərdir.

Ümumilikdə isə statistik göstəricilərə görə, kişi məktəb direktorları say etibarı ilə qadınlara nisbətən üstünlük təşkil edir.

Təhsil Nazirliyindən həmçinin bildirilib ki, hazırda Azərbaycanda müəllimlərin 76,27 faizi qadınlardır. Ötən il üzrə işə qəbul üzrə müsabiqəyə müraciət edənlərin 70 faizi də məhz qadınlar olub.

 





02.04.2014    çap et  çap et