Vaxt.Az

Ukrayna səfirliyində terror


 

Madriddəki nümayəndəliyə zərfdə bomba göndərilib, partlayış olub

Ukrayna səfirliyində terror Ukraynanın Madriddəki səfirliyinə gələn zərfin açılması zamanı baş verən partlayışda bir nəfərin yaralandığı bildirilib.

İspaniyanın rəsmi xəbər agentliyi EFE-nin polis mənbələrinə əsaslanaraq verdiyi xəbərə görə, yerli vaxtla saat 13.00 radələrində Ukraynanın Madriddəki səfirliyinin bağçasında partlayış baş verib.

Xəbərdə partlayışın səfirliyə çatdırılan zərfin açıldığı zaman baş verdiyi, bir məmurun yüngül xəsarət aldığı qeyd edilib.

Bildirilib ki, üzərində göndərən barədə məlumat olmayan zərf Ukraynanın Madriddəki səfiri Serxi Pohoreltsevə göndərilib və səfirliyin bağçasında mühafizəçi tərəfindən açılan zaman partlayıb.

Yaralı Ukrayna səfirliyinin əməkdaşının ən yaxın “Nuestra Senora de America” xəstəxanasına getdiyi və qısa müalicədən sonra evə buraxıldığı açıqlanıb.

Hadisə ilə əlaqədar terror aktı protokolunu həyata keçirən İspaniya polisi “Tedax” bomba zərərsizləşdirmə qrupunun mütəxəssislərini Ukrayna səfirliyinə göndərib.

Rəsmilər zərfin içindəki partlayıcının əldəqayırma və az təsirə malik olduğunu bildiriblər.

Polis ərazini mühasirəyə alaraq təhlükəsizlik çevrəsi yaradıb.

Partlayışın zərfin içindəki mexanizm tərəfindən törədildiyi barədə məlumat paylaşılarkən, terror işlərinə baxan Madrid Milli Məhkəməsi tərəfindən istintaq başladıldığı qeyd edilib.

Hadisədən sonra Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ölkəsinin bütün diplomatik nümayəndəliklərində təhlükəsizliyin gücləndirilməsi barədə göstəriş verib.

 





30.11.2022    çap et  çap et