Vaxt.Az

İlk qaradərili lider


 

Demokratlar Nensi Pelosini əvəzlədi

İlk qaradərili lider Noyabrın 8-də keçirilən aralıq seçkilərdə ABŞ Nümayəndələr Palatasının nəzarəti respublikaçıların nəzarətinə keçdikdən sonra Demokratlar yanvarın 3-də başlayacaq yeni dövr üçün liderlərini seçiblər.

ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin Nümayəndələr Palatasının əksəriyyətinin respublikaçılara keçməsinin ardından Demokratların liderliyinə yenidən namizəd olmayacağını elan etməsindən sonra Hakim Ceffris (Hakeem Jeffries) Demokratların yeni lideri oldu.

Liderliyə yeganə namizəd olan Nyu-York nümayəndəsi Ceffris ABŞ tarixində Senatda və ya Nümayəndələr Palatasında hər hansı partiyanın lideri seçilən ilk qaradərili şəxs oldu.

 





30.11.2022    çap et  çap et