Vaxt.Az

Ukrayna Aİ-ni təkzib etdi


 

“Rəqəmləri açıqlaya bilmərik”

Ukrayna Aİ-ni təkzib etdi Ukrayna mətbuatının məlumatına görə, Baş Qərargahın İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Boqdan Senik, Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyenin Rusiya-Ukrayna müharibəsində bu günə qədər 100 mindən çox ukraynalı hərbçinin öldürüldüyü təxmin edilən açıqlaması haqqında, “Biz bu rəqəmi təsdiqləmirik. Ukrayna ordusunun itkiləri ilə bağlı məlumatlar rəsmidir və onun gizli qalmalı olduğunu vurğulayırıq”, – deyib.

Aİ Komissiyasının sədri Ursula fon der Leyen sosial media hesabından Ukraynada Rusiyaya qarşı davam edən müharibə ilə bağlı videomüraciət yayımlayaraq, “indiyə qədər 20 mindən çox mülki şəxsin və 100 mindən çox ukraynalı əsgər öldürüldüyü təxmin edilir", – demişdi.

 





01.12.2022    çap et  çap et