Vaxt.Az

Rusiya uduzduqca təzyiq artır


 

Kreml “xarici agent” ovu rəsmiləşdirdi

Rusiya uduzduqca təzyiq artır Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, meydanda uğur qazana bilməyən və müxtəlif cəbhələrdə geri çəkilməli olan Rusiya ordusunun vəziyyəti prezident Vladimir Putinin davranışına təsir edir.

ABŞ-ın CNN telekanalının xüsusi hesabatına görə, Rusiyanın cəbhədəki uğursuzluqlarına görə ölkədə söz azadlığına və müxalifətə təzyiqlər artır. Bir çox insan "xarici agent" elan edilərkən, dünəndən etibarən qüvvəyə minən yeni qanunun bu insanlara qarşı cəazaları sərtləşdirəcəyi gözlənilir. İlk dəfə 2012-ci ildə qüvvəyə minən və illər keçdikcə sərtləşən qanunla xaricdə hər hansı dəstək alan hər kəsin “xarici agent” elan edilməsinin önü açılır. Açıq ifadələrlə bildirilir ki, qanunla bu yardımın maddi olmasına belə ehtiyac yoxdur, səlahiyyətlilər istədikləri hər kəsi həbs edə bilərlər.

CNN-ə danışan rusiyalı jurnalistlər bu vəziyyətin Rusiya ordusunun Ukraynadakı məğlubiyyətləri ilə birbaşa əlaqəli olduğunu, qorxu faktorunun artırıldığını, məğlubiyyətlərin danışılmasının qarşısının alındığını bildirirlər. Rusiyada fərqli fikir bildirənlər “casusluq”da ittiham olunarkən, Rusiya Ədliyyə Nazirliyi ölkədə gənclər arasında məşhur olan repçi “Oxxxymiron” kimi adları “xarici agent” elan edir. Bu səbəbdən ölkədə “xarici agent”lərin siyahısının günü-gündən artdığı və bu kateqoriyaya daxil olan şəxslərin maliyyə qaynaqlarına ciddi nəzarət edildiyi bildirilir. Üstəlik, bu şəxslərin dərc etdiyi hər bir materialın üzərinə xarici agent olduqları barədə xəbərdarlıq edilir.

 





02.12.2022    çap et  çap et