Vaxt.Az

Separatçılar üçün “soyuq düş”


 

Yaxud diplomatik cəbhədə “əsəb müharibəsi”

Separatçılar üçün “soyuq düş” Rusiya XİN başçısı Lavrov dünən mühüm açıqlama verib. Bildirib ki, Dağlıq Qarabağ Muxtar Vilayəti 1991-ci ildə -SSRİ-nin süqutunu rəsmiləşdirən Alma-Ata Bəyannaməsi imzalananda Azərbaycanın tərkibində olub.

Bu Bəyanat bir sıra məqamları baxımından ciddi hadisədir. 

Moskva bununla Ermənistanın və Xankəndi separatçı güruhunun 1991-ci ilin sentyabr ayında keçirdikləri “referenum”u tanımadığını bildirir. Qondarma “DQR” məhz bu sənədə istinad edərək Dağlıq Qarabağın hələ SSRİ tərkibində olarkən müstəqilliyini elan etdiyini bəyan edirdi. 

Artıq separatçıların Azərbaycana ərazi iddiaları və “müstəqillik” hay-küyü əhəmiyyətsiz bir məsələyə çevrilir. 

Praqa görüşündə Alma-Ata Bəyannaməsinə istinaddan sonra Moskvanın bu bəyanatı separatçılar üçün “soyuq düş” saymaq olar. 

İkinci, Lavrovun bu bəyanatı ilə Azərbaycanın Laçın Dəhlizinə postlar qoymaq hüququ tanınır. Bakı bu addımı atmaq üçün hüquqi-siyasi imkan əldə edib.

Çox güman ki, 2023-cü ilin yazından Azərbaycan sərhəd və gömrük xidməti Laçın dəhlizində postları olacaq. 

İkincisi, Moskva “DQMV Azərbaycanınıdır!” deməklə Qarabağla bağlı danışıqlara Qərb siyasi dairələrinin təsir və idarəetmə rıçaqlarını kəsmək niyyətini ortaya qoyub.  

Moskvanın “Xankəndi məsələsi”ni “DQMV”-i xatırlatmaq istəməsi istər-istəməz sülhməramlı kontingentin statusu məsələsini meydana çıxarır. 

Diplomatik cəbhədə “əsəb müharibəsi” davam edir. Qarşıda Qərbin Qarabağla bağlı yeni “masa”sının necə qurulacağı Azərbaycanın və onun müttəfiqlərinin gedişlərindən məlum olacaq. 

Beynəlxalq oyunçulara bir məsələ tam aydındır: Bakı Qarabağa hər hansı statusu verməyi rədd edib.

 





02.12.2022    çap et  çap et