Vaxt.Az

Daha bir təyyarə qəzası


 

Rusiya döyüş təyyarəsi qəzaya uğrayıb

Daha bir təyyarə qəzası Rusiya Şərq Hərbi Dairəsinin mətbuat xidmətindən verilən açıqlamada, “Miq-31” tipli döyüş təyyarəsinin planlı təlim uçuşu həyata keçirərkən Primorsk vilayətinin Alekseyevka kəndi yaxınlığında meşə sahəsinə düşdüyü bildirilib.

Açıqlamada ekipajın təyyarədən katapulta vasitəsilə tullandığı bildirilir. İlkin məluçatlara görə hadisə nəticəsində itki olmayıb.

Açıqlamada bildirilir ki, təyyarə sursatsız olub və qəzanın texniki nasazlıq üzündən baş verdiyi ehtimal olunur.

Xatırladaq ki, bu ilin oktyabrında təlim zamanı qırıcı təyyarə mühərrikində nasazlıq səbəbindən binaya çırpılmışdı.

 





02.12.2022    çap et  çap et