Vaxt.Az

“F-35” qəzaya uğradı


 

Faciə ABŞ hərbi bazasının qapısından döndü

“F-35” qəzaya uğradı Yaponiyanın Kadena aviabazasında yerləşdirilən ABŞ-a məxsus döyüş təyyarəsi texniki nasazlıq səbəbindən enişdə qəzaya uğrayıb. Təyyarənin burnunun zədələndiyi açıqlanarkən, pilotun xəsarət almadığı öyrənilib.

Dünən Yaponiyanın Okinava adasındakı Kadena aviabazasında fəlakət yaşana bilərdi. Məcburi eniş edən ABŞ-a məxsus “F-35B Lightning II” döyüş təyyarəsi eniş zamanı texniki nasazlıq səbəbindən uğrayıb.

Qəzada təyyarənin burnunun zədələndiyi deyilərkən, xilasetmə və yanğınsöndürmə qrupları müdaxilə edərək pilotu kabinədən çıxara bilib. Hadisə ilə bağlı ətraflı araşdırmalara başlanılıb.

“F-35” ailəsinin qısa qalxma-şaquli eniş modeli olaraq seçilən “F-35B Lightning II”, çox qısa uçuş-enmə zolaqlarından qalxma və şaquli eniş qabiliyyətinə görə aviadaşıyıcılarda istifadəsinə üstünlük verilir.

 





02.12.2022    çap et  çap et