Vaxt.Az

Yeni hökümət Ukrayna siyasətini dəyişmədi


 

İtaliya Kiyevə silah tədarükünü uzatmaq qərarına gəlib

Yeni hökümət Ukrayna siyasətini dəyişmədi İtaliyanın yeni seçilən Baş nazir Giorgia Melonun sədrliyi ilə Nazirlər Şurası axşam saatlarında keçirilən iclasında hazırda Ukraynaya silah yardımı göstərən və ilin əvvəlində başa çatacaq fərmanı müzakirə edilib.

İclasdan sonra edilən yazılı açıqlamada, Baş nazir Meloni, xarici işlər naziri Antonio Tacani və müdafiə naziri Guido Krosettonun təklifi ilə Nazirlər Şurası 31 dekabr 2023-cü il tarixinədək Ukraynaya silah tədarükünün uzadılması üçün təcili müddəaları ehtiva edən qanun qəbul etdi. Açıqlamada həmçinin fərmanın təsdiq edildiyi qeyd olunub.

Parlamentin təsdiqindən keçməli olacaq 6-cı fərmanla İtaliya hökuməti gələn il hər yeni göndəriş üçün parlamentdən icazə istəmədən Kiyevə silah verə biləcək.

İtaliya mətbuatının yazdığına görə, son fərman Kiyevə qısa mənzilli yer-hava raket kompleksinin verilməsini nəzərdə tutur. Xəbərdə Kiyev rəhbərliyinin Rusiyanın hava hücumları qarşısında ölkə infrastrukturunu qorumaq üçün hava hücumundan müdafiə sistemləri tələb etdiyi xatırladılıb.

Ukrayna prezidenti Vladimir Zelenski də oktyabrın 25-də İtaliyanın “Corriere della Sera” qəzetinə açıqlamasında Rusiyanın hava hücumlarına qarşı İtaliyadan hava hücumundan müdafiə sistemi istədiyini bildirib.

İtaliya daha əvvəl Mario Draqi hökuməti dövründə 5 ayrı fərmanla Ukraynaya haubitsa və çoxbarrelli reaktiv yaylım atəşi sistemləri kimi müxtəlif ölçülərdə sursat və hərbi dəstək materialları vermişdi.

 





02.12.2022    çap et  çap et