Vaxt.Az

İşbirliyi bitdi


 

Suriyadakı terrorçular ABŞ-la əməkdaşlığı dayandırıb

İşbirliyi bitdi İngiltərənin “Reuters” xəbər agentliyi Suriyada İŞİD-ə qarşı mübarizə adı altında ABŞ-la ortaqlıq edən, onurğasını terror təşkilatları PKK/PYD/YPG-nin təşkil etdiyi Suriya Demokratik Qüvvələrindən açıqlama verib.

Agentliyin “son dəqiqə” anonsu ilə sitat gətirdiyi açıqlamalarda Türkiyənin Suriyanın şimalındakı hərbi əməliyyatlarından sonra ABŞ-ın başçılıq etdiyi koalisiya ilə birgə antiterror əməliyyatlarını dayandırmaq qərarına gəldiyi bildirilib.

***

Suriya Demokratik Qüvvələrinin sözdə sözçüsü Aram Henna, "SDQ koalisiya ilə bütün koordinasiya və birgə terrorla mübarizə əməliyyatlarını dayandırıb" dedi.

Pentaqonun sözçüsü briqada generalı Patrik Rayder isə bir neçə gün əvvəl İŞİD-ə qarşı mübarizədə əməkdaşlığın bitmədiyini açıqlamışdı.

Cəmi bir neçə gün əvvəl Suriya Demokratik Qüvvələrinin lideri Mazlum Abdi “Reuters”ə danışaraq Vaşinqtondan Ankaraya daha güclü mesaj verməsini tələb edib.

Abdi, “Hələ əsəbiyik. Türkiyəni dayandırmaq üçün daha güclü və daha möhkəm bəyanatlar vermək lazımdır”, – deyə o, az qala ABŞ prezidenti Baydendən kömək istəyir.

***

Noyabrın 13-də suriyalı terrorçu Əhlam Əlbəşirin İstanbulun ən məşhur ərazilərindən biri olan Taksim meydanındakı İstiqlal küçəsində 6 nəfərin ölümü, 81 nəfərin yaralanması ilə nəticələnən bombalı hücumundan sonra Ankara Suriyada əməliyyat keçirilə biləcəyi siqnalını verib.

Hava əməliyyatından sonra gözlər bölgədə olarkən, terror təşkilatının lideri Məzlum Abdi tez-tez qərb mediasına danışaraq özünə dəstək axtarmağa davam edib.

 





02.12.2022    çap et  çap et