Vaxt.Az

3 ölü, 36 yaralı


 

Meksikada avtobus dərəyə düşdü

3 ölü, 36 yaralı Meksikanın Oaxaka ştatının Sierra Juarez şəhərində magistral yolda baş verən qəzada içərisində 40 nəfərin olduğu sərnişin avtobusu idarəetmədən çıxaraq uçuruma aşıb.

Qəza nəticəsində avtobusa böyük ziyan dəyib, hadisə nəticəsində 3 nəfər ölüb, 36 nəfər yaralanıb. Hadisə şahidləri avtobusun bir neçə dəfə yuvarlandığını və yoldan ən azı 200 metr aşağı düşdüyünü deyib. Xilasetmə qruplarının dolanbac yol və avtobusun yola uzaqlığı səbəbindən çətin anlar yaşadıqlarını bildirilib.

Hadisənin səbəbi hələ müəyyən edilməsə də, rəsmilər hadisənin rayonda yolların döngə olması və sürücünün idarəetməni itirməsi nəticəsində baş verdiyini vurğulayır.

 





03.12.2022    çap et  çap et