Vaxt.Az

Tanınmış aktrisa Mitra Hekkar həbs edilib


 

İran Kino Evi həbslərin davam edəcəyi təqdirdə layihələrdən çəkiləcəyi barədə xəbərdarlıq edib

Tanınmış aktrisa Mitra Hekkar həbs edilib İranda Məhsa Əminin ölümündən sonra başlayan nümayişlərə dəstək verən sənətçilərdən məşhur aktrisa Mitra Heccar həbs edilib.

Bu məlumatı İran Kino Evinə bağlı sənətçilərin həbsinə cavabdeh olan Mehdi Kuhiyan açıqlayıb. Açıqlamada Heccarın həbsinin səbəbləri barədə məlumat verilməyib.

Bununla belə, ətraf mühit fəalı kimi də tanınan və ölkədəki nümayişləri dəstəkləyən sənətçilər arasında olan Heccar ötən ay “sosial mediada sənədsiz və təxribat xarakterli məzmun yaymaq” ittihamı ilə prokurorluqda izahat vermişdi.

İranda bəzi kino aktyorları “iğtişaşları qızışdırmaq və sosial şəbəkələrdə təxribat xarakterli paylaşımlar etmək” ittihamı ilə həbs edilib.

İran Kino Evindən verilən açıqlamada bəzi kino xadimlərinin saxlanması və həbslərinin davam edəcəyi təqdirdə üzvlərin tətilə gedəcəkləri və ölkədəki kino və serial layihələrindən geri çəkiləcəkləri bildirilib.

 





03.12.2022    çap et  çap et