Vaxt.Az

Qatara bombalı hücum


 

15 vaqondan 11-i reysdən çıxıb ...

Qatara bombalı hücum Tailandda Malayziyaya plastik daşıyan 15 vaqonlu yük qatarı Sonqkla əyalətindən keçərkən bombalanıb. Güclü partlayış nəticəsində 15 vaqondan ibarət qatarın 11-i relsdən çıxaraq yolun kənarına aşıb. 2-si mexanik olmaqla 4 nəfərlik heyətin olduğu qatarın lokomotiv hissəsi relslərdə qalıb. Hücumda zərərçəkən olmayıb.

Regional polis rəisi Bantern Laoçaren hücumdan sonra verdiyi açıqlamada hücum zamanı 26 kiloluq əldəqayırma bombadan istifadə edildiyini bildirib. Polis rəisinin sözlərinə görə, şiddətli partlayışdan sonra isə bombanın yerləşdirildiyi relslərin altında 2 metrlik çuxur əmələ gəlib. Laoçaren həmçinin hücumda terror və ya oğurluq şübhələrinin olduğunu bildirib.

Hücumun baş verdiyi Hatyai (Tailand) –  Padanq Besar (Malayziya) qatar xətti nəqliyyata bağlanarkən, hadisə ilə bağlı araşdırma başladılıb.

 





04.12.2022    çap et  çap et