Vaxt.Az

Pele reanimasiyadadır


 

Bütün dünya futbol əfsanəsi üçün dua edərkən, o özü nə deyib?

Pele reanimasiyadadır Bir müddətdir yoğun bağırsaq ağrılarından əziyyət çəkən Braziliya futbolunun əfsanəsi Pele bir neçə gün qabaq xəstəxanaya yerləşdirilib.

Uzun müddətdir kolon xərçəngi ilə mübarizə aparan futbol əfsanəsi ilə bağlı dünən yayılan məlumatlar narahatlıq yaradıb. Braziliya mətbuatında çıxan xəbərlərdə Pelenin kimyaterapiyaya reaksiya vermədiyi və reanimasiyaya aparıldığı iddia edilib.

Braziliyalı əfsanə səhhəti ilə bağlı sosial media hesabından açıqlama verib: “Dostlar, mən hamını sakit və pozitiv saxlamaq istəyirəm. Mən güclüyəm, ümidliyəm və adi müalicəmi davam etdirirəm. Mən Allaha inanıram və sizdən aldığım mesajlar mənə enerji verir. Dünya çempionatında Braziliyanı izləməyi unutmayın. Mənə qayğı göstərən həkimlərə və bütün səhiyyə işçilərinə təşəkkürümü bildirirəm”.

Qətərdə keçirilən 2022 Dünya Çempionatından Peleyə dəstək mesajları yağır. Fransız ulduz Mbappe dünənki xəbərdən sonra “Kral üçün dua edirəm” paylaşımını edib. Braziliyalı azarkeşlər Kamerun matçında Pele üçün nəhəng pankart açarkən, Qətərdəki bəzi binalarda Pelenin şəkilləri ilə proyeksiya edilib.

 





04.12.2022    çap et  çap et