Vaxt.Az

Mədən faciəsi davam edir


 

Pakistanda 4 gündə iki partlayış baş verib

Mədən faciəsi davam edir Pakistanın Bəlucistan əyalətində kömür mədənində qazın partlaması nəticəsində 6 işçi həlak olub.

Pakistanın Bəlucistan əyalətində kömür mədənində qaz partlayışı baş verib. Partlayışın gücündən çökmə baş verib..

Hadisə yerinə gələn xilasetmə qrupları dağıntılar altında qalan 6 işçinin cansız cəsədlərinə tapıb. Səlahiyyətlilər tərəfindən verilən açıqlamada yanğının təxminən 450 metr dərinlikdə baş verən partlayışdan sonra baş verdiyi bildirilib.

Noyabrın 30-da Pakistanın Hayber Paxtunxva əyalətinin Orakazi bölgəsində kömür mədənində baş verən partlayışda 9 işçi həlak olmuş, 4 nəfər yaralanmışdı.

 





04.12.2022    çap et  çap et