Vaxt.Az

“Üzərində işləyirik”


 

Rusiya neft ticarətində maksimum qiymətdən istifadəni qadağan etməyə hazırlaşır

“Üzərində işləyirik” Rusiya Baş nazirinin müavini Aleksandr Novak, maksimum qiymət tətbiq edən ölkələrə neft və neft məhsulları satmayacaqlarını bildirərək, “Qiymət maksimumu alətlərinin istifadəsini qadağan edəcək mexanizmlər üzərində işləyirik”, – dedi.

Novak Rusiyanın dövlət kanalı “Rossiya-24”ə verdiyi açıqlamada Avropa İttifaqı (Aİ) ölkələrinin Rusiyadan dəniz yolu ilə daşınan neftə 60 dollarlıq maksimum qiymət tətbiq etmək razılaşmasını dəyərləndirib.

Rusiyanın bazar şərtlərinə uyğun olaraq neft satmağa davam edəcəyini vurğulayan Novak, “Neft hasilatımızı azaltmalı olsaq belə, yalnız bazar şəraitində bizimlə işləyən ölkələrə neft və neft məhsulları satacağıq”, – dedi.

Novak maksimum qiymət tətbiqinin bazar qaydalarını pozduğunu bildirdi: “Rusiya hökuməti bu qərarın bazara zidd, səmərəsiz və Dünya Ticarət Təşkilatının (ÜTT) bütün qaydalarına zidd olduğunu dəfələrlə vurğuladı”.

Qiymət maksimumu ilə bağlı vasitələrin istifadəsini qadağan etməyə hazırlaşdıqlarına diqqət çəkən Novak, “qiymət maksimumu alətlərinin istifadəsini qadağan edəcək mexanizmlər üzərində işləyirik. Tavanı qiymət tətbiqinin enerji ehtiyatlarının və investisiyaların azalması, qeyri-sabitliyə və qıtlığa səbəb ola biləcəyini düşünürük”, – dedi.

Xatırladaq ki, Aİ ölkələri dekabrın 2-də Rusiyadan dəniz yolu ilə daşınan neftin bir barelinin maksimum qiymətinin 60 dollar olması barədə razılığa gəliblər.

Böyük yeddilik və Aİ ölkələri dekabrın 5-dən Rusiyadan dəniz yolu ilə daşınan neftin idxalına qadağa qoyacaq.

 





04.12.2022    çap et  çap et