Vaxt.Az

Tarixi düşmənlər və tarixin düşmənləri...


 

Mollalar və Pəhləvilər bir-birinin tayıdır

Tarixi düşmənlər və tarixin düşmənləri... Tarixi düşmənlərimiz bir deyil, iki deyil. Farslar, ruslar, ermənilər bir-birinə qarışıb. Uzaq sahillərdə isə Fransa kimi, Niderland kimi, Kanada kimi düşmənlərimiz də var ki, ermənilərə təəssübkeşlik edirlər.

Lakin bu yazımızın əsas “qəhrəman”ı isə cənub qonşularımız olan farslardır. Azərbaycan tarixinə qənim kəsilən farslar. Bu cəhətlərinə görə farslar ermənilərdən heç nə ilə fərqlənmirlər. Eyni xislətin daşıyıcılarıdılar. İkisi də tarixi saxtalaşdırmaq üzrə “usta”laşmış toplumdur.

Urmu gölünü “cəhənnəm gölü”nə çevirən, Təbrizdəki məşhur Ərk qalasını dağılmaq təhlükəsi ilə üz-üzə qoyan fars-molla rejimi indi də öz psevdo-tarixçilərinə, qondarma arxeoloqlarına Urmu gölü ətrafındakı qədim daşların, kitabələrin üzərində xüsusi “əməliyyat” keçirmək, Azərbaycan xalqının mədəni irsi olan tarixi abidələrin görünüşünü dəyişmək tapşırığı verib.

Belə ki, hazırda Urmu gölü yaxınlığında yerləşən Daniyal və Xan dərəsi adlı məkanlardakı daş kitabələr iranlı “alim”lərin barbarcasına müdaxiləsinə məruz qalmaqdadır.

Yeri gəlmişkən, Urmunun ətrafında, Təməl mağarasının içərisində daş dövründə yaşayan insanlara aid nadir əşyalar, maddi nümunələr mövcuddur. Bu tapıntıların tarixi 3500 ildən çoxdur.

Tarixdə ilk arpa və buğda dənələri də ilk dəfə məhz Urmu ərazisində tapılıb. Bu da onu göstərir ki, buğda ilk dəfə bu ərazilərdə əkilib və sonradan bütün dünyaya yayılıb.

Qərbi Azərbaycan əyalətinin mərkəzi sayılan Urmu şəhəri ümumiyyətlə, dünyanın ən qədim şəhərlərindən biri kimi UNESCO-nun mədəni irs siyahısına daxil edilib.

Qədim Assur dilində “Su şəhəri” mənasını verən Urmu şəhəri bəzi tarixi qaynaqlarda “Avesta”nın müəllifi Zaratustranın (Zərdüşt peyğəmbər) doğulduğu yer kimi göstərilir.

Ümumiyyətlə, bu şəhərin də, Urmu gölünün də, habelə ərazidəki abidələrin də başı həmişə dərddə olub. Mənfur Pəhləvilər dövründə Urmu şəhərinin hətta adını belə dəyişib, bir müddət Rezaiyyə kimi adlandırmışdılar. Bunu Qacarlar dövlətini 1925-ci ildə devirən xain Rza şah Pəhləvinin olmayan şərəfi naminə belə etmişdilər. Lakin 1979-cu ildə İranda şah rejimi devriləndən sonra bu şəhər yenə də öz əvvəlki tarixi adını bərpa etdi.

Amma mollalar da Pəhləvilərin də bir tayıdır. Onlar da Urmu ətrafındakı abidələri, kitabələri “farslaşdırmağa” çalışmaqla bu əraziləri qədim fars yurdu kimi elan etməyi düşünürlər.

Lakin tarix ona müdaxilə və təcavüz edənlərə qarşı olduqca amansız davranır. Mollalar tarixdən ibrət götürməli və özlərini yığışdırmalıdırlar.

Tarixə qarşı düşmənçilik edən ermənilərin aqibəti hər kəsə görk olmalıdır!

 





05.12.2022    çap et  çap et