Vaxt.Az

Hökumətlə üsyançılar dil tapmağa başlayıb


 

Bir neçə pozulan danışıqlar nəhayət baş tutub

Hökumətlə üsyançılar dil tapmağa başlayıb Kolumbiya hökuməti ilə silahlı üsyançı təşkilat Milli Azadlıq Ordusu (ELN) arasında danışıqların başlamasından bəri ilk razılaşma olduğu açıqlanıb.

Kolumbiya prezidenti Qustavo Petro ölkənin qərbindəki köçkün yerli əhalinin təhlükəsiz geri qayıtması üçün ELN ilə ilk razılaşmanı elan etdi.

Petro mətbuata açıqlamasında “ELN ilə danışıqlara başladıqdan cəmi bir həftə sonra razılaşmanın ilk bəndi Embera sakinlərinin bu təşkilat tərəfindən öz torpaqlarına qayıtmasına icazə verməkdir”, – deyib.

ELN liderlərindən Antonio Qarsia “Twitter” hesabından verdiyi açıqlamada, “Yalnız ölkədəki reallıqlardakı dəyişikliklər bizi sülhə aparacaq. Ona görə də cəmiyyətin və ictimaiyyətin iştirakı sayəsində uğur qazanılacağına ümid edirəm”.

Venesuelanın zamin və ev sahibi olduğu paytaxt Karakasda görüşən tərəflər 2019-cu ildə dayandırılmış sülh danışıqlarını noyabrın 22-də bərpa ediblər.

Norveç və Venesueladan olan müşahidəçilərin də iştirak etdiyi iclasda Kolumbiya hökuməti adından M-19-un (19 aprel hərəkatının) keçmiş üzvü Otti Patino, ELN nümayəndə heyətinə isə Pablo Beltran başçılıq edib.

Kolumbiyada prezident seçkilərində qalib gələn və avqustun 7-də vəzifəsinin icrasına başlayan solçu Petro hakimiyyətə gəldikdən sonra Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələri (FARC) ilə 2016-cı il Sülh Müqaviləsini həyata keçirəcəyini və ELN ilə sülh danışıqları aparacağını vəd edib.

***

Hökumətlə üsyançılar bir neçə dəfə danışıqlar olub. Bu danışıqlar Santos dövründə başlayıb və Ekvador qarant və ev sahibliyindən imtina etdikdən sonra Havanaya köçürülüb.

Ekspertlərin fikrincə, Kolumbiya hökuməti ilə əsas qazanc mənbəyi narkotik ticarəti və adam oğurluğu olduğu güman edilən, 2000-dən çox üzvü olan ELN arasında keçirilən əvvəlki danışıqlar təşkilat daxilindəki güc və radikal davranışları səbəbindən irəliləyə bilməyib.

2019-cu ildə təşkilatın polis məktəbinə hücumu nəticəsində 22 nəfərin ölümündən sonra o vaxtkı prezident İvan Duke danışıqları dayandırmışdı.

 





05.12.2022    çap et  çap et