Vaxt.Az

Kabayeva göründü ...


 

Uzun aradan sonra ortaya çıxan idmançının aksesuarı gündəm oldu

Kabayeva göründü ... Rusiya və Ukrayna arasında müharibə davam etdikcə adı daha tez-tez hallanmağa başlayan keçmiş gimnast Alina Kabayeva uzun müddətdən sonra ictimaiyyət qarşısına çıxıb.

Keçmişdə Olimpiya Oyunlarında da iştirak edən və Rusiyada qızıl medalçı kimi əfsanə sayılan Kabayeva dünən bir tədbirə qatılıb. Rusiya prezidenti Vladimir Putinin “məşuqəsi” olduğu iddiası tez-tez Qərb mediasında gündəmdə olan Kabayeva tədbirdə istifadə etdiyi aksessuarlarla gündəm olub.

Keçmişdə Rusiya-Ukrayna müharibəsində Moskvaya dəstək verən və Putinlə birlikdə tədbirlərə çıxan Kabayevanın yaxasına müharibədə Rusiyanın simvoluna çevrilən “Z” yazılmış nişan taxıb.

Soçidə keçirilən tədbirdə səhnəyə çıxan Kabaeva müharibə ilə bağlı heç nə deməsə də, yaxasındakı nişanla mesaj verib.

Putinin 2008-ci ildən sevgilisi olduğu iddialarına baxmayaraq, bu məsələ ilə bağlı rəsmi açıqlama verilməyib. Rusiya mediası da Kabayevanın bu hadisədən əvvəl plastik əməliyyat etdirdiyini iddia edib.

 





05.12.2022    çap et  çap et