Vaxt.Az

Tarixin ən bahalı imzası


 

Ronaldo “Əl Nassr”in ağılagəlməz təklifinə “hə” dedi

Tarixin ən bahalı imzası Qətərdə davam edən 2022 Dünya Çempionatında Portuqaliya forması ilə meydana çıxan Kristian Ronaldo “Mançester Yunayted”dən sonra yeni dayanacağına qərar verib. Portuqaliyalı futbolçunun “Əl Nassr”ın tarixə düşəcək müqavilə təklifini qəbul etdiyi və imzaların atıldığı iddia edilib. Çox danışılacaq rekord müqavilənin təfərrüatları yayılıb.

İngiltərə Premyer Liqa komandalarından “Mançester Yunayted”lə qalmaqallı şəkildə yollarını ayıran Kristian Ronaldonun yeni komandası üçün geri sayıma başlayıb. İspan mətbuatı ötən həftə oxucularına açıqladığı iddianı bir addım irəli ataraq imzaların atıldığını iddia edib.

“Marca”nın xəbərinə görə; 37 yaşlı ulduz futbolçu Səudiyyə Ərəbistanının “Əl Nassr” komandası ilə illik 200 milyon avro qarşılığında anlaşıb. “Əl Nassr”la 2,5 illik müqavilə imzalayan portuqaliyalı futbolçu ümumilikdə 500 milyon avro qazanacaq.

Sözügedən transfer rəsmiləşərsə, Kristian Ronaldo futbol tarixinin ən böyük müqaviləsinə imza atmış olacaq və aktiv karyerasını davam etdirən idmançılar arasında ən yüksək maaşı ehtiva edən klub müqaviləsinin sahibi olacaq.

 





05.12.2022    çap et  çap et