Vaxt.Az

Uest-Mask gərginliyi tam sürət davam edir


 

Reper iş adamına yarı çinli genetik hibrid dedi

Uest-Mask gərginliyi tam sürət davam edir Nasist açıqlamaları ilə qayıtdığı “Twitter”dən yenidən bloklanan reper Kanye Uest İlon Mask haqqında yeni açıqlamalar verib. Uest, Cənubi afrikalı Elon Maskın “yarı çinli” və “genetik hibrid” olduğuna inandığını söylədi.

Reperin “Twitter” hesabı daha əvvəl antisemit tvitlərinə görə bağlanmışdı. Bununla belə, əksər hesablarda olduğu kimi, Mask Kanye Uestin hesabını yenidən açmışdı.

 “The Hollywood Reporter”in məlumatına görə, sosial şəbəkə ötən cümə günü nasistlərin istifadə etdiyi Svastika simvolu olan postu sildikdən sonra Uestin hesabını yenidən dondurub.

Buna cavab olaraq, Uest “İnstagram”da yəqin ki, “onlarla” İlon Maskın hazırlandığını və “Tesla” direktorunun “ilk genetik hibrid” olduğunu bildirib.

“Elonun yarı çinli ola biləcəyini tək mənmi düşünürəm? Onun uşaqlıq şəkillərini görmüsünüzmü? Bir Çin dahisini götürün və onu Cənubi Afrikalı supermodellə cütləşdirin və sizin bir Elonunuz var. Mən bir Elon deyirəm, çünki onlar yəqin ki, 10 ilə 30 Elon istehsal edib və o ilk genetik hibriddir. Yaxşı, Obamanı da unutmayaq”, – deyə Uest bildirib.

Elon Mask isə “Twitter” hesabından verdiyi açıqlamada, “Əlimdən gələni etdim. Buna baxmayaraq, yenidən təhqirə keçdi və icma qaydalarımızı pozdu. Hesab dayandırılacaq” dedi. “İnstagram”da ona yarı çinli və genetik hibrid adlandırılmasına deyilməsinə Mask, “Bunu bir iltifat kimi qəbul edirəm” cavabnı verdi.


 





05.12.2022    çap et  çap et