Vaxt.Az

Büdcə müzakirələri ...


 

Sənədin sonuncu oxunuş üzrə komitə iclasında əsas dəyişiklik nə olub?

Büdcə müzakirələri ... Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. İclasda 2023-cü ilin dövlət büdcəsinin 3-cü oxunuşda müzakirəsi təşkil olundu.

Büdcə sənədində sonuncu oxunuş üzrə komitə iclasında əsas dəyişiklik məhz Naxçıvan MR-da aparılan struktur islahatların fiskal təsirləri ilə bağlı idi. Belə ki, ilk dəfə olaraq Naxçıvanda gömrük yığımları Muxtar Respublikanın büdcəsinə deyil, birbaşa Azərbaycan dövlət büdcəsinə ödəniləcək. Belə ki, ƏDV üzrə 32 milyon 146 min manat, aksizlər üzrə 4 milyon 750 min manat, gömrük rüsumları üzə isə 16 milyon 382 min manat vəsait birbaşa dövlət büdcəsinə yönəldiləcək. Naxçıvan Baş Gömrük İdarəsinin maliyyələşdirilməsi muxtar respublikanın büdcəsindən deyil, mərkəzləşdirilmiş xərclərdən həyata keçiriləcək.

Digər yenilik isə Naxçıvan Muxtar Respublikasının büdcəsinə transfertin yuxarı həddinin müəyyənləşdirilməsidir. Bu o deməkdir ki, 482 milyon 430 min manatlıq yuxarı həddən artıq Muxtar Respublikaya dotasiya verilməyəcək. Amma 2023-cü il ərzində ehtiyac olarsa həmin məbləğ azaldıla biləcək. Transferin yuxarı həddinin müəyyənləşdirilməsi xərclərin optimallaşdırıldığı halda il ərzində Naxçıvana dotasiyanın məbləğinin azadılmasına şərait yarada bilər.

 





06.12.2022    çap et  çap et