Vaxt.Az

Ərzaq böhranı xəbərdarlığı


 

Britaniya hökumətinin çətin günləri

Ərzaq böhranı xəbərdarlığı Britaniya Milli Kənd Təsərrüfatı Birliyinin (NFU) rəhbəri Minette Batters bəyan edib ki, hökumət tədbir görməsə, ölkə ərzaq böhranı ilə üzləşə bilər.

BBC-yə danışan Batters Britaniya hökumətini artan enerji, gübrə və xərclər qarşısında fermeri dəstəkləməyə çağırıb, əks halda ölkə mümkün ərzaq böhranı ilə üzləşə bilər.

“Qlobal qeyri-sabitliyin dünyanın ərzaq istehsalının sabitliyini, ərzaq və enerji təhlükəsizliyini təhdid etdiyi bir vaxtda Britaniyanın qida sənayesi təhlükə altındadır”, – Batters bildirib. Qorxuram ki, Britaniya meyvə və tərəvəz tədarükünün gələcəyi təhlükə altındadır, ölkə daha böyük ərzaq tədarükü böhranına doğru yuxuya gedir”. ifadələrdən istifadə etmişdir.

2019-cu ildən bu yana ölkədə gübrə qiymətlərinin 3 dəfədən çox artdığını qeyd edən Batters, sözügedən dövrdə yem və dizel qiymətlərinin də 75 faizdən çox artdığını bildirib. Noyabrda İngiltərədə ərzaq qiymətləri 14,6 faiz artıb.

İngiltərə iqtisadiyyatı bu ilin üçüncü rübündə yüzdə 0,2 daralıb və ölkədəki inflyasiya enerji və ərzaq qiymətləri başda olmaqla yüksəlməyə davam edərək oktyabr ayında illik 11,1 faizlə 41 ildə pik həddinə çatıb.

 





07.12.2022    çap et  çap et