Vaxt.Az

Zelenski cəbhəyə baş çəkib


 

Ukrayna silahlılar günündə Belqradda hərbi birləşmələr yaradılıb

Zelenski cəbhəyə baş çəkib Vladimir Zelenski qızğın döyüşlərin getdiyi Donetsk cəbhəsinə səfər edib. Əsgərlərlə görüşdüyünü açıqlayan Zelenski “Telegram”dan video paylaşıb.

Slavyansk şəhərində olan Zelenski bu günün Ukrayna Silahlı Qüvvələri günü olduğunu xatırladaraq, “Ənənəvi olaraq bu günü döyüşçülərimizlə ön sıralarda keçirirəm”, – deyib.

Zelenski Ukrayna əsgərlərinin 9 aydan çoxdur çətin şəraitdə Rusiya ordusuna qarşı vuruşduğunu və ordunun ölkənin bütün torpaqları azad olunana qədər döyüşəcəyini bildirib.

Ölkəsini müdafiə edən bütün əsgərlərə minnətdar olduğunu qeyd edən Zelenski, “Döyüş meydanı genişləndi, mübarizə daha ağırdır, qiymət daha yüksəkdir, amma polad kimi sabit qalan bir şey var; cəsarətiniz, dözümünüz və iradəniz. Ona görə də bizim azadlığımız, sizin itaətsizliyiniz, deməli, müstəqilliyimizdir”.

***

Bu arada Belqradda mülki vətəndaşlardan ibarət silahlı birləşmələr yaradılıb. Bildirilib ki, Rusiya-Ukrayna sərhədində yerləşən vilayətdə mülki şəxslərdən ibarət və hərbi təlim alan “regional müdafiə bölmələri” yaradılıb. Qubernator Vyaçeslav Qladkov verdiyi yazılı açıqlamada bir çox mülki vətəndaşın hərbi təlim keçmək istədiyini və regional müdafiə bölmələrinin yaradılmasını tələb etdiyini bildirib.

Tələbi müsbət qarşıladıqlarını bildirən rəsmi, “Səhhətinə və ya yaşına görə orduya cəlb olunmayan, lakin döyüş təcrübəsi ilə evlərini və ailələrini müdafiə etmək arzusunda olan bir neçə batalyon təşkil edirik”.

Qladkov qeyd edib ki, "təcrübəli təlimçilər" Belqradın sərhəd bölgələrində bu qoşunları öyrətməyə başlayıblar.

Ukrayna ilə sərhəddə yerləşən Belqrad vilayətində xüsusilə enerji infrastrukturuna çoxlu hücumlar olub. Rusiya hakimiyyəti hücumlarda Ukrayna tərəfini günahlandırır.

 





07.12.2022    çap et  çap et