Vaxt.Az

“ABŞ Ukraynaya təzyiq göstərməlidir”


 

Amerikalıların təxminən yarısı müharibənin bitməsini istəyir

“ABŞ Ukraynaya təzyiq göstərməlidir” Amerikalıların 47 faizi Vaşinqtondan müharibəni dayandırmaq üçün Ukraynaya sülh razılaşması üçün təzyiq göstərməsini istəyir. “Chicago Council on Global Affairs”in nəticələrini yenicə açıqlayan sorğusu ABŞ-ın Ukraynaya hərbi yardıma dəstəyinin azaldığını üzə çıxarıb.

Müvafiq olaraq, Vaşinqtonun hazırkı hərbi yardımını eyni səviyyədə saxlamasına dəstək verənlər yüzdə 40 oldu. İyul ayında bu nisbət 58 faiz idi.

Bundan əlavə, demək olar ki, 10 nəfərdən üçü (daha dəqiq 27 faiz) Ukraynanın müharibədə qalib gəlməsi üçün ABŞ və müttəfiqlərinin hərbi müdaxilə etməli olduğunu düşünür. Digər tərəfdən, elə bu qədər respondent (29 faiz) ABŞ-ın Kiyev administrasiyasına dəstəyini tədricən dayandırmasını istəyib.

Respublikaçıların 63 faizi, demokratların isə 36 faizi ABŞ-ın Kiyevə sülh üçün təzyiq göstərməsini dəstəkləyib.

Respublikaçılar arasında 55 faiz hərbi dəstəyin davam etdirilməsini istəyib. İyulda bu nisbət yüzdə 68, martda isə yüzdə 80 olub. Eyni tələbi irəli sürən demokratların faizi isə 76 faiz olaraq müəyyən edilib.

ABŞ-ın müharibədən dəstəyini geri çəkməsini tələb edən respublikaçıların nisbəti 29 faiz təşkil edib.

Rusiya prezidenti Vladimir Putinin fevralın 24-də verdiyi hərbi əməliyyat əmri ilə başlayan müharibədə ABŞ Ukraynaya ən çox hərbi dəstək verən ölkə oldu. Co Bayden administrasiyası müharibə başlayandan bəri Kiyev administrasiyasına ümumilikdə 20 milyard dollarlıq hərbi dəstək paketi elan edib.

 





07.12.2022    çap et  çap et