Vaxt.Az

60 illik qadağa qalxdı


 

Kubada qadın boksçulara yaşıl işıq yandırıldı

60 illik qadağa qalxdı Kubada uzun fasilədən sonra qadın boksçuların rinqə çıxmasına icazə verilib. Kuba Milli İdman İnstitutunun (INDER) vitse-prezidenti Ariel Sayns bazar ertəsi verdiyi açıqlamada, “Kubada qadın boksu bizə beynəlxalq medallar qazandıracaq”, – deyib.

Saynz bildirib ki, yeni düzəlişlə boksda qadınlara qarşı ayrı-seçkiliyə son qoymağı hədəfləyirlər.

Kuba Boks Federasiyasının prezidenti Alberto Puiq “Vaxt itirdik, amma bunun əvəzini çıxacağıq” dedi.

Puç bildirib ki, dekabrın 16-17-də ölkədə qadın boksçuların iştirak edəcəyi turnir keçiriləcək.

Federasiya prezidenti 42 boksçunun mübarizə aparacağı turnirdə seçiləcək 12 döyüşçünün Kuba millisinin heyətində iştirak edəcəyini bildirib.

Puiq əlavə edib ki, qadın boksçulara məşqçilərlə fərdi şəkildə məşq etmək imkanı yaradılacaq.

Gələn il 23 iyun-8 iyul tarixlərində El Salvadorda keçirilməsi planlaşdırılan Mərkəzi Amerika və Karib hövzəsi Oyunlarında boksçuların ilk olaraq rinqə çıxacağı bildirilib.

Dəyişikliklə qadın boksçuların 1953-cü ildə başlayıb 1959-cu ildə sona çatan Kuba İnqilabından sonra ilk dəfə olaraq turnirlərdə iştirakına icazə verildi.

Səlahiyyətlilər indiyə qədər qadın boksçuların niyə yarışlarda iştirakının qadağan edilməsi ilə bağlı heç bir açıqlama verməyiblər.

Feliks Savon və Teofilo Stivenson kimi məşhur kişi boksçuların vətəni olan Kuba 1972-ci ildə Almaniyanın Münhen şəhərində keçirilən Yay Olimpiya Oyunlarından sonra yarışlarda 41 qızıl medal qazanıb.

31 yaşlı kubalı boksçu Leqnis Kala Masso qərardan məmnun olduğunu bildirib və “Arzularım gerçəkləşdi” deyib.

 





07.12.2022    çap et  çap et