Vaxt.Az

Çevriliş planında rus barmağı?!


 

Həbs olunanlar 28 nəfərdən biri Rusiya vətəndaşıdır

Çevriliş planında rus barmağı?! Almaniyada təhlükəsizlik qüvvələri tərəfindən antiterror əməliyyatı çərçivəsində 25 nəfər sağçı “Reyxsburqçular” ekstremist hərəkata mənsub şəxs saxlanılıb.

Təhlükəsizlik orqanları ölkənin federasiya quruluşunu tanımayan “Reyxsburqçular” sağ radikal hərəkatın üzvlərinə qarşı genişmiqyaslı əməliyyat keçirib.

Ölkənin Ədliyyə Nazirliyi “Reyxsburqçular” sağçı ekstremist qrupun konstitusion legitim hakimiyyətə qarşı zorakı üsullarla çevriliş planlaşdırdığını bildirib.

Almaniya Federal Prokurorluğu bu gün səhər bildirib ki, onlar ölkədə konstitusion hakimiyyəti devirməyi planlaşdırıblar.

Federal Prokurorluq isə hərakat üzvləri arasından terror şəbəkəsini araşdırır.

Ədliyyə naziri Marko Buşman öz “Twitter” hesabında yazıb ki, konstitusion hakimiyyətə qarşı silahlı hücumun planlaşdırıldığına dair şübhələr var".

Hakimiyyət orqanlarının məlumatına görə, əməliyyata 11 federal ştatın 3000-dən çox hüquq-mühafizə orqanı əməkdaşı cəlb olunub.

Saxlanmalar təkcə Almaniyada deyil, Avstriya və İtaliyada da həyata keçirilib.

Saxlanılanlar arasında bir nəfər Rusiya vətəndaşı, daha 27 nəfər isə şübhəli şəxs qismindədir.

İstintaq iddia edir ki, sui-qəsd iştirakçılarından bəziləri kiçik silahlı dəstələr qismində Almaniya Bundestaqının binasına daxil olmağı planlaşdırıblar.

Bundan əlavə, sui-qəsdçilər Almaniya dövlətinin başçısı kimi zadəgan Reuss nəslindən olan 71 yaşlı XIII Heinrixi (XIII Heinrich) hakimiyyətə gətirmək niyyətində imişlər.

Dəstə üzvlərinin bəziləri əvvəllər Almaniya silahlı qüvvələrində xidmət edib, bəziləri isə böyük hərbi postlar tutublar.

Təqsirləndirilənlər arasında sağçı populist “Almaniya üçün Alternativ” (AfD) partiyasından olan keçmiş Bundestaq deputatı, Almaniyanın ədliyyə naziri təyin edilməli olan hakim Bitcit Malsak Vinkman (Birgit Malsack-Winkemann) da var.

“Reyxsburqçular”ın həbsi Federal Ədliyyə Məhkəməsinin müstəntiq hakimləri tərəfindən verilən orderlər əsasında həyata keçirilib.

“Reyxsburqçular” AFR-i tanımır və özlərini “Alman Reyxinin” vətəndaşları hesab edirlər.

Özünü "Alman Reyxinin" vətəndaşları hesab edən dəstə üzvlərinin üzərindən dağılmış imperiyanın rekvizitləri olan alternativ şəxsiyyətlər və sürücülük vəsiqələri tapılıb.

Onu da qeyd edim ki, bu hərəkat 1980-ci illərdə yaranıb və 2017-ci ildə Almaniyada rəsmi 16 mindən çox tərəfdarı qeydə alınıb və həmçinin üzvlərindən AfD partiyasından bundestaq üzvləri - deputatlar var.

AfD partiyasının isə Almaniyada “Gazprom”dan maliyyələşməsi, seçki aktivlərinin isə Rusiyadan olan miqrantların hesabına həyata keçirməsi haqqında məlumatlar var.

21-ci əsrdə imperiya qururmuşlar.

 





07.12.2022    çap et  çap et