Vaxt.Az

“Nüvə silahı riski artıb”


 

Rusiya-Ukrayna müharibəsilə bağlı ağır xəbərlər gəlir

“Nüvə silahı riski artıb” Rusiya prezidenti Vladimir Putin dünyada “nüvə müharibəsi” riskinin artdığını fikrinin ardıyca “Rusiya ancaq düşmən hücumuna cavab vermək üçün nüvə silahından istifadə edir”, – deyib.

***

Rusiya ordusu Donetsk vilayətinin Kuraxove şəhərinə zərbələr endirib. Ukrayna prezidenti Vladimir Zelenski sosial media hesabında paylaşım edərək hücumu pisləyib. Terrorçuların hücumunu “qeyri-insani” adlandıran Zelenski, “Terrorçular sülh şəhəri Kuraxovaya hücum etdilər. Bazarda, avtobus dayanacağında, yanacaqdoldurma məntəqələrində və yaşayış binalarında yanğın baş verdi. Ən azı 6 mülki şəxs həlak olub, 5 nəfər yaralanıb. Bunun əvəzini ödəyəcəklər”, – Ukrayna prezidenti fikrini tamamlayıb.

***

İşğalçılar Ukraynanın Donbass bölgəsində hücumlarını davam etdirərkən, Donetsk bölgəsində rus əsgərləri daşıyan hərbi avtomobil sərnişin mikroavtobusu ilə toqquşub. Rusiya mətbuatının yerli hakimiyyət orqanlarından əldə etdiyi məlumata görə, Şahtorsk-Torez yolunda baş verən qəzada mikroavtobusda olan 16 sərnişindən hamısının öldüyü, rus hərbi yük maşınındakı 3 rus əsgərinin isə yaralı halda hərbi maşından çıxarıldığı bildirilib. Torez şəhərindəki xəstəxanalarda müalicə alan əsgərlərin həyati təhlükəsi qalır və reanimasiya şöbəsində saxlandığı öyrənilib.

Qəza ilə bağlı Rusiya Müdafiə Nazirliyindən hələlik rəsmi açıqlama verilməsə də, hadisə ilə bağlı araşdırmaya başlanıldığı açıqlanıb.

 





07.12.2022    çap et  çap et