Vaxt.Az

Dünyanın gözü zillənən zirvə


 

ABŞ Çinin sərhədlərinə yaxınlaşarkən, Pekin Vaşinqtonun oylağında at oynadır

Dünyanın gözü zillənən zirvə Çin Prezidenti Si Tsinpin Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşüb və bütün dünyada maraqla izlənib. Şahzadə Salman Çin liderini mərasimlə qarşılayıb.

ABŞ-ın diqqətini Asiya-Sakit Okean hövzəsinə yönəltdiyi bir vaxtda Yaxın Şərqdə təsirini artırmaq istəyən Çinin Səudiyyə Ərəbistanına istiqamətlənməsi diqqət çəkirdi. Səfər çərçivəsində Səudiyyə Ərəbistanı ilə Çin şirkətləri arasında müxtəlif sahələrdə 34 investisiya müqaviləsi imzalanıb.

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin dəvəti ilə Ər-Riyada gedən Şi Çin-Ərəb Ölkələri Sammitində iştirak edəcək. Liderlər səviyyəsində sammitə qatılacaq ölkələr arasında Misir, Fələstin, İordaniya, Tunis, Yəmən, Mavritaniya və Sudan da var.

Dünən hava limanında verdiyi açıqlamada Tsinpin Çin ilə Ərəb və Körfəz ölkələri arasındakı əlaqələri yeni səviyyəyə çıxarmaq istədiyini bildirib.

Dünyanın iki ən böyük iqtisadiyyatı olan ABŞ və Çin arasında artan rəqabət qlobal enerji resurslarının əksəriyyətinə ev sahibliyi edən Yaxın Şərq regionunu yeni təsir mübarizəsi səhnəsinə çevirir. Vaşinqtonun Çini “ən mühüm uzunmüddətli təhdid” kimi qələmə verdiyi və qlobal strategiyasında çəkisini Asiya-Sakit okean regionuna yönəltdiyi bir vaxtda Pekin administrasiyası uzun illər regional inkişafları formalaşdıran ABŞ-ın öz təsirini göstərdiyi Yaxın Şərqdə nüfuzunu artırmağa çalışır.

Vaşinqtonla Ər-Riyad arasında jurnalist Camal Qaşıqçının qətli və Səudiyyə Ərəbistanının insan haqları ilə bağlı vəziyyəti gərginləşən münasibətlər, Ukrayna-Rusiya müharibəsindən sonra neft hasilatının azaldılması ilə bağlı müzakirələrlə yenidən qızışdırıb.

ABŞ prezidenti Co Baydenin bu ilin əvvəlində Ər-Riyada səfəri münasibətlərdə gözlənilən müsbət ab-havanı təmin etməsə də, Səudiyyə Ərəbistanı və Rusiyanın başçılıq etdiyi “OPEC+” ölkələri ilə noyabrın 5-də neft hasilatını azaldılması qərarı iki ölkə arasında qarşıdurma yaranıb.

ABŞ-ın diqqətinin Yaxın Şərqdən dəyişməsi və regional aktorların Vaşinqtonun siyasətinə açıq müqaviməti nəticəsində yaranan iqtisadi və siyasi güc boşluğunu doldurmağa Çinin namizədliyi müzakirə olunur. “Bir kəmər və bir yol” layihəsi çərçivəsində son illərdə bölgədə 200-dən çox enerji və infrastruktur projesi həyata keçirən Pekin bölgənin qaynaqlarına marağı artırıb.

Enerji ehtiyacının 70 faizini idxal hesabına qarşılayan Çin Yaxın Şərq neftinin ən mühüm alıcısıdır. Ötən il regionun ən böyük neft istehsalçısı olan Səudiyyə Ərəbistanının ixrac etdiyi xam neftin 27 faizini təkcə Çin alıb. Çin və Səudiyyə Ərəbistanı da yuanla neft ticarəti ödənişlərini müzakirə edir. Bunun həyata keçirilməsi enerji sövdələşmələrində istifadə olunan əsas valyuta kimi ABŞ dollarının rolunu sarsıda bilər.

Çin prezidenti Tsinpin sonuncu dəfə 2016-cı ildə Ər-Riyada olub və 2019-cu ildə Pekində vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşüb.

 





08.12.2022    çap et  çap et