Vaxt.Az

Paris qaranlığa qərq oldu


 

İşıqları kəsilən əhali yanğınsöndürənlərə zəng edib

Paris qaranlığa qərq oldu Parisin bir çox məhəllələri elektrik enerjisinin kəsilməsi səbəbindən qaranlığa qərq olub. Fransanın paytaxtı Parisdə elektrik enerjisinin kəsilməsi səbəbindən bir çox məhəllə qaranlığa qərq olub.

BFMTV xəbər kanalın məlumatına görə, Parisin 1,3, 4 və 5-ci bölgələrindəki bir çox küçə yerli vaxtla saat 23:00 radələrində elektrik kəsilməsindən təsirləndi və mərkəzi bölgə Paris qaranlıqda qaldı.

Paris Mərkəzinin meri Ariel Veil 22:42-də öz “Twitter” hesabında Parisin 4-cü və 5-ci rayonlarında elektrik enerjisinin kəsildiyini bildirib.

“Franceinfo” ictimai yayımının xəbərinə görə, Paris yanğınsöndürənləri sözügedən 4 bölgədə elektrik kəsilməsi səbəbiylə vətəndaşların onlarla əlaqə saxladığını təsdiqləyərək, hadisənin Enedis tərəfindəki transformatorun nasazlığı ilə əlaqəli olduğunu bildiriblər. Paris yanğınsöndürənləri vəziyyətin yaxşılaşdığını bildiriblər.

 





09.12.2022    çap et  çap et