Vaxt.Az

“Hamı eyni görünməyə çalışır”


 

Nərgiz Paşayeva: “Çağdaş dünyada xarici görünüşün ştamp tendensiyası meydana gəlib”

“Hamı eyni görünməyə çalışır” Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA- vitse-Prezidenti, professor Nərgiz Paşayeva “Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudovaya müsahibə verib.

Müsahibədə N.Paşayeva insan, onun cəmiyyətdə yeri, formalaşmasında mühitin rolu, özü barədə və dəyişən dünya trendləri haqqında danışıb.

“Mən 1983-cü ildən –ali məktəbi bitirdiyim ildən işləyirəm. Filologiya fakültəsini qırmızı diplomla bitirmişəm. Məni Universitetdə dərs demək üçün saxladılar. Əvvəl assisent, sonra müəllim, daha sonra baş müəllim oldum. 26 yaşında mən artıq elmlər namizədi idim. Daha sonra dosent, kafedranın professoru, prorektor nəhayət rektor oldum. Mən karyera pilləkənin bütün pillələrini keçmişəm. Amma işləmək, iki körpə uşaqla  mühazirə oxumaq asan deyildi. Çox yorulurdum”.

“Universitetə rəhbərlik edirsiniz. Rəhbər hansı keyfiyyətlərə malik olmalıdır?” sualına cavabında Nərgiz Paşayeva deyib ki, ilk növbədə insani keyfiyyətlərə malik olmaq bir borcdur:  “Universitet böyük bir humanitar, sosial  “yeşik”dir. Ümumiyyətlə, tədris müəssisəsi ən böyük sosial məkan, mühüm sosial özəkdir.  Bura rəhbərlik edən insan bu özəyin hər bir üzvünə görə məsuliyyət daşıyır. Ona görə ki, bu insanların taleyi onun əlindədir.  Hətta əgər anlaşılmazlıq yarandıqda belə dərhal arxa çevirib getmək olmaz. Bu iş  sanki körpə uşağa quluq kimdir. Sən axı ona deyə bilməzsən ki, bu gün sənə yemək verə bilmədim, amma sabah ikiqat verəcəyəm. Sənin daima mövcudluğun burada zəruridir.  Ona görə də ali məktəbdə iş təcrübəsi olmayan insan belə ağır yükə dözə bilməz. Xüsusən o adamlar ki, hər şeyə hazır, ancaq nümayəndəlik fiquru olmağa öyrəşiblər. Amma mənim üçün bu iş bir peşəkar olaraq bütün həyatımdır. Bir mühüm məsələni də deyim: Layiqli insanları qiymətləndirməyi və dəstək verməyi bacarmalısan.

N.Paşayeva hesab edir ki, təhsil insanın xarici görkəminə, simasına da nüfuz edir: “İnsan nə qədər mədənidirsə, bu onun xarici görkəmində də özünü göstərir. Forma gözəlliyi məzmun gözəlliyidir. Məzmun nə qədər gözəldirsə forma o qədər  mükəmməldir. Mədəniyyət həmişə yüksək estetik zövqdür”.

Çağdaş moda trendləri barədə danışan N. Paşayeva deyib ki, gənc qızların çox bahalı əşyalar taxmağının tərəfdarı deyil: “Gənclik vulqarlığı istisna etməlidir. Vulqarlıq gözəlliyi, cazibəni məhv edir. Çağdaş dünyada xarici görünüşün ştamp tendensiyası meydana gəlib. Hamı eyni görünməyə çalışır. Mən 50-60-cı illərin obrazlarına üstünlük verirəm. Onlarda konfet dadı verən gözəllik yox, daxili gözəllik var. İndi belələrini nadir hallarda görmək olar. Dünya daha çox istehlakçı, mədəniyyət isə kütləvi olub. Elitarlıq düşüb, fərdilik, incəlik, təkrarolunmazlıq az tapılır”.

N.Paşayevanın “əgər hər hansı bir epoxaya qayıtmaq imkanınız olsaydı hansını seçərdiniz?” sualına cavabı maraqlı olub: “Mən 300-500 il əvvələ düşmək istərdim. Orada hər şeyə baxmaq maraqlı olardı. Xüsusən hansı incəsənət növlərinin yarandığına baxmağa… Maraqlı olardı ki, gələcək insanın bədii düşüncələri, təfəkkürü hansı metodlar və imkanlar hesabına ifadə olunacaq. Amma bir şeyə şübhə etmirəm: İnsanlar öz əvvəlki mahiyyətində qalacaqlar”.

N.Paşayeva deyib ki, insanlarda dürüstlüyü və nəcibliyi qiymətləndirir, yalan, ikiüzlülük və biganəlik isə onun bəyənmədiyi xüsusiyyətdir.

“Pozitiv nədir?” sualına cavabında N. Paşayeva deyib ki, bu neqativin olmamasıdır: “Valideynlər övladlarını atmırsa, axmaqlar ağıllıların, vicdansız dürüstün yerinə keçmirsə, savadsız həkim xəstələri məhv etmirsə, pis müəllim şagirdlərini şikəst etmirsə, tanıdığın adam kinli adam çevrilmirsə bu pozitivdir”.

Professorun fikrincə, insanın daxili aləminə gəlincə, o əvvəldən ikilidir. Bu dualizm özünü insan ruhunda  əskikliklərin əbədi mübarizəsində özünü göstərir.  “Allah və şeytan” – Romantiklərin bu formulu dünyanın özü qədər qədimdir: “Pozitiv – Bu işığın zülmətdən çox olmasıdır. Biz mələk deyilik, bizim çoxlu çatışmazlığımız var. Amma bir var – çatışmazlıq, bir də var eybəcər yalançılıq. Bir var səhv, bir də var qəsdən bunu etmək. Yalançı xeyirxahlıqdan pis şey yoxdur. Yaxşı insan  o adamdır ki, bütün ömrü boyu yaxşı qalmağa cəhd edir”.

 





14.12.2022    çap et  çap et