Vaxt.Az

Qan donduran “zarafat”


 

Duma deputatının dediklərinə görə hətta ruslar da utandılar

Qan donduran “zarafat” Rusiyanın paytaxtı Moskvada Milad bayramı öncəsi bir tədbirdə edilən “zarafat” qan dondurdu. Dumanın deputatı Oleq Nilov uşaqlar üçün keçirilən “xeyriyyə” tədbirində “Arzu ağacı”ndan açıqca götürərək kürsüyə çıxıb.

Kartı açıb oxuyan Nilovun dodaqlarından bu cümlələr töküldü: “Kiyevli Vova adlı oğlan raket xəyal edir. Vova, raketləri alacaqsan, gözlə”.

Yeni il qabağı ənənə halını alan “Arzu ağacı” tədbirində Duma üzvləri uşaqların Yeni il istək açıqcalarını açır və oxuyur və sonra arzunu yerinə yetirirlər.

“Ədalətli Rusiya” partiyasının deputatı Oleq Nilov bildirib ki, kürsüdə onun sözləri “zarafat”dır, ancaq kadra düz arxadan daxil olan Artyom Metelev üzünü örtərkən görüntülənib.

Onuncu ayı başa çatmaq üzrə olan Rusiya işğalı indiyədək Ukraynada minlərlə dinc sakini və uşağı öldürüb. Ukraynada yaşayan hər beş nəfərdən ikisi ölkəni tərk etməli olduğu halda, Ukrayna ordusunun 100 min itki verdiyi təxmin edilir.

Cəbhədə məğlub olan rus işğalçılarının da eyni şəkildə 100 min əsgər itirdiyi bildirilir.

 





15.12.2022    çap et  çap et