Vaxt.Az

“Yeni nüvə təhlükəsi”


 

Putin “Patriot” raketləri xəbərlərinə YARS-la cavab verib

“Yeni nüvə təhlükəsi” “Patriot” xəbərinin yayıldığı gün rus işğalçıları növbəti dəfə Ukraynanın paytaxtı Kiyevə pilotsuz təyyarələrlə hücum ediblər. Ukraynalılar İran istehsalı olan “Şahid-136” pilotsuz uçuş aparatları ilə edilən hücumda bütün pilotsuz təyyarələrin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu açıqlayıb.

Rusiya lideri Vladimir Putin həmin gün qitələrarası YARS ballistik raketini dünyaya nümayiş etdirib. Kaluqa bölgəsindəki Kozelsk hərbi bazasında iki gün dalbadal nüvə başlıqları daşıya bilən nəhəng raketlər buraxılış qurğularına yüklənib.

Moskvanın cənub-qərbində mənzili 12 min kilometri keçən YARS raketlərinin ortaya çıxması Britaniya mətbuatında “Yeni nüvə təhlükəsi” başlığı ilə xəbər verilib.

 





15.12.2022    çap et  çap et