Vaxt.Az

Yumşalma rahatlıq əvəzinə təlaş yaratdı


 

Camaatın axışdığı bazarlarda, apteklərdə limon və ağrıkəsici yoxa çıxıb

Yumşalma rahatlıq əvəzinə təlaş yaratdı “Sıfır COVİD” siyasəti ləğv olunmasa da, artan etirazlar səbəbindən pandemiya ilə bağlı məhdudiyyətlərin xeyli yumşaldığı Çində insanlar panika içində getdiyi market və apteklərdə rəfləri boşaldıb.

Ötən həftədən Çində koronavirus xəstələrinin və onlarla təmasda olanların təcrid mərkəzlərinə göndərilməsi və ictimai yerlərə girərkən mənfi test nəticələrinin soruşulması baş vermir. Milyonlarla insanın cəmləşdiyi şəhərlərdə kütləvi bağlanmalar əvəzinə məhəllə və küçələrdə məhdudiyyətlər qoyulur. Dünyanın əksər ölkələrində olduğu kimi, xəstə olan və heç bir əlamət göstərmədən testi müsbət çıxanlar indi öz evlərində karantinə alınıb.

Ancaq dünya miqyasında bağlanmalardan bir qədər əvvəl görülən "təlaşlı alış-veriş" yumşalmalardan sonra Çində yaşanlb. Hər gün 30 mindən çox müsbət “COVİD-19” test nəticəsinin qeydə alınması və mütəxəssislərin mart ayının sonuna qədər yoluxmaların yüksək qalacağına dair xəbərdarlıqlarından sonra ağrıkəsicilər və soyuqdəymə dərmanı tapmaq çox çətinləşib. Limon, konservləşdirilmiş şaftalı, zənginləşdirilmiş mineral su kimi tərkibində C vitamini olan qida və içkilərin olduğu rəflər də qısa müddətdə boşalır.

Son dalğanın mərkəzlərindən biri, cənubda 19 milyonluq sənaye şəhəri olan Quankoda Dərman Məhsulları Bürosu ictimaiyyəti xəbərdar etməli olub: “Qısa müddətdə fövqəladə hallar üçün dərmanların olması zəruri olsa da, hələlik böyük miqdarda yığım tələb edən vəziyyət yoxdur”.

Dekabrın 12-nə olan məlumata görə, ölkənin ən böyük elektron ticarət platformalarından biri olan “JD”də qrip dərmanı, qızdırma salan, öskürək siropu və bəlğəm çıxaran vasitələrin satışı əvvəlki həftə ilə müqayisədə 18 dəfə artıb. Müəyyən antipiretik və qızdırmasalıcı dərmanlara tələbat 2000 dəfə artıb.

“Global Times” qəzeti qeyd edib ki, COVİD dərmanlarına tələbat 300 faiz artdığı üçün onlayn satışlar qeyri-mümkün olub.

Çin Qida və İçki Administrasiyası istehsalçılara xəbərdarlıq edərək, artan tələbatı olan məhsulların tədarük və keyfiyyət standartlarına uyğun olmasını tələb edib.

Dövlət televiziyası CCTV-də çıxış edən həkimlər, həddindən artıq miqdarda şaftalı istehlakının öskürəyi şiddətləndirə biləcəyini və həddindən artıq spirt istehlakının sağlamlığa zərərli olduğunu vurğuladılar.

Çinin epidemiya ilə mübarizə siyasətini müdafiə edən Pekin Universitetinin Birinci Xəstəxanasından tənəffüs xəstəlikləri üzrə mütəxəssis Vanq Quanqfa, izlədikləri xəttin Qərbdə tətbiq olunandan fərqli olduğunu təklif etdi:

“Omicron ştammı daha sürətli ötürülür, lakin nisbətən az patogendir. Bu Omicron dalğası ilə köhnə üsulla müalicə etməyə çalışsaydıq, baha başa gələrdi. Növbəti dalğanın öhdəsindən gəlmək üçün adekvat planlarla yenidən yumşalmanı üç il gözlədik”.

 





16.12.2022    çap et  çap et