Vaxt.Az

Fransada dəhşətli yanğın


 

Çoxlu insan, o cümlədən uşaqlar həlak olub

Fransada dəhşətli yanğın Fransanın Lion şəhəri (Rona vilayəti) yaxınlığındakı binada baş verən yanğında 5-i uşaq olmaqla 10 nəfərin həlak olduğu bildirilib.

Rona Qubernatorluğundan verilən açıqlamada gecə saat 03.12-də 7 mərtəbəli yaşayış binasında yanğının baş verdiyi bildirilib. İlkin məlumata görə, yanğında 5-i uşaq olmaqla 10 nəfər həlak olub, 2-si yanğınsöndürən olmaqla 14 nəfər yaralanıb.

Açıqlamada yanğınsöndürənlər tərəfindən söndürülən yanğının səbəbinin hələ müəyyən edilmədiyi bildirilib.

 





16.12.2022    çap et  çap et