Vaxt.Az

Orduda yeni telefon modeli


 

Silahlı Qüvvələrdə kriptolu rabitə vasitəsilə danışacaqlar

Orduda yeni telefon modeli Azərbaycan Silahlı Qüvvələrində kriptolu telefonların istifadəsinə başlanılıb. APA-nın məlumatına görə, yeni telefonlar Müdafiə Nazirliyinin rəhbərliyinin istifadəsinə bu yaxınlarda qəbul edilib.

CASSİDİAN markalı bu telefonlar dünyanın tanınmış müdafiə firmalarından olan EADS korporasiyasının istehsalıdır. Bu telefonlardan yalnız hər iki istifadəçidə olduqda onların öz arasında kriptolu danışması mümkündür.

Yeni telefonun TETRA rabitəsini dəstəklədiyi də bildirilir.

Qeyd edək ki, fevral ayında cəbhə bölgəsində keçirilən müşavirədə Müdafiə Nazirliyinin rəhbərliyinin telefonlarının ermənilər tərəfindən dinlənildiyinə dair məlumatlar yayılmışdı.

 





03.04.2014    çap et  çap et