Vaxt.Az

İlham Əliyev Ərdoğanla görüşüb


 

Nahardan sonra geniş tərkibdə müzakirə olacaq

İlham Əliyev Ərdoğanla görüşüb Azərbaycana səfər edən Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan ilə prezident İlham Əliyev arasında iki tərəfli görüş keçirilib.

ANS PRESS-in məlumatına görə, Azərbaycan prezidentinin iqamətgahında keçirilən iki tərəfli görüş hazırda bitib. Prezidentlərin nahar yeməyindən sonra geniş tərkibli görüşün keçiriləcəyi bildirilir.

 

***

 

16.38

Azərbaycana səfər edən Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan prezident İlham Əliyevlə görüşüb.

ANS PRESS-in məlumatına görə, Azərbaycan prezidentinin iqamətgahında keçirilən görüş hazırda davam edir. Görüşdə Türkiyə-Azərbaycan arasındakı ikili münasibətlərin və hər iki ölkənin maraq dairəsində olan beynəlxalq və regional məsələlərin müzakirə edilməsi gözlənilir.

Qeyd edək ki, Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanı ziyarət zamanı baş nazirin müavini Bəşir Atalay, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, milli müdafiə naziri İsmət Yılmaz və digər şəxslər müşayiət edir.

 





04.04.2014    çap et  çap et