Vaxt.Az

Telefonların həcmi kiçilir!


 

Mobil qurğular üçün yarımkürə formasında yeni antena hazırlanıb

Telefonların həcmi kiçilir! ABŞ-ın Miçiqan Universitetinin alimləri mobil qurğular üçün tamamilə yeni antena hazırlayıblar. Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yarımkürə formasında olan bu işləmə bütövlükdə məişət simsiz cihazlar sektorunda inqilabi dəyişiklik edə bilər.Bu antenanın geniş istiqamətli tətbiqi mobil qurğuların ölçülərini xeyli azaltmaq imkanı verəcək. Müasir antenalar mobil qurğuların korpusunda kifayət qədər böyük yer tutur. Miçiqan Universitetinin professoru Entoni Qrbik deyib ki, antenaların ölçülərinin kiçildilməsi ilə istehsalçılarda simsiz cihazlarda yeni funksiyaların tətbiqi üçün daha çox yer olacaq.
Yeni istehsal üsulu bütün ölçü, tezlik və dizaynda antenaların geniş diapazonunun işlənib hazırlanmasında tətbiq edilə bilər. İstehsalçı yalnız antenanın işləyəcəyi tezliyi bilməlidir. Bundan sonra yeni üsula əsasən istifadə sahəsindən asılı olaraq müasir analoqlara nisbətən xeyli kiçik ölçüdə lazımi qurğu hazırlana bilər.
 





31.12.2012    çap et  çap et