Etibarlı mənbədən APA-ya daxil olan
məlumata görə, Türkiyənin baş naziri «nurçular»ın hər iki ölkədə təhlükə
olduğunu bildirib, onların Azərbaycanda da şəbəkələşməsindən narahatlığını
ifadə edib. Məlumata görə, prezident İlham Əliyevə Azərbaycandakı «nurçular»la
bağlı siyahı təqdim edilib.
Həmçinin, Ərdoğan mümkün təhlükənin
qarşısını vaxtında almasının zəruriliyini vurğulayıb.
Qeyd edək ki, prezident İlham Əliyevlə
baş nazir Rəcəb Tayyip Ərdoğanın birgə mətbuat konfransında da bu məsələ ilə
bağlı suallar verilib. Prezident İlham Əliyev bildirib ki, Türkiyə-Azərbaycan
münasibətlərinə zərər verə biləcək istənilən qüvvənin qarşısı alınır: «Biz
imkan vermərik ki, iki dost, qardaş ölkənin arasında kimlərsə nifaq salsın».
R.T.Ərdoğan isə suala cavabında bildirib ki, ortada bir sıxıntı var və hər iki ölkəni narahat edəcək durum varsa, demək, müzakirə də edilib.