Vaxt.Az

Uşaq çirkab kanalına düşdü


 

FHN Sumqayıtda axtarışlara başlayıb

Uşaq çirkab kanalına düşdü Sumqayıt şəhərində bir uşağın çirkab su kanalına düşdüyü ehtimal olunur. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, nazirliyin «112» qaynar telefon xəttinə daxil olmuş məlumatda belə deyilib.

Məlumatda Sumqayıt şəhərində 1 azyaşlının çirkab su kanalına düşdüyü ehtimal olunduğu bildirilib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri həmin azyaşlının axtarışlarına başlayıblar.

Əlavə məlumat veriləcək.

 

 





06.04.2014    çap et  çap et